Komandası bu mövsüm ilk dəfə uduzdu,   istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Komandası bu mövsüm ilk dəfə uduzdu, istefa verdi

İdman

25 Oktyabr 2022 16:19 1149


Moldova "Şerif"inin baş məşqçisi Stepan Tomas istefa verib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mütəxəssis ölkə çempioatında 12-ci turun mərkəzi oyununda  "Petrokub"a 0:1 hesabı ilə məğlubiyyətdən sonra bu qərarı verib. Bu komandanın Moldova Liqasında bu mövsüm ilk məğlubiyyəti olub.

Tomas matçdan sonra deyib: "Görünən odur ki, futbolçular  Avropa Liqasında Mançesterdə keçiriləcək "Mançester Yunayted"lə matçı düşünürdülər. Oyuna köklənmək yox idi. Bu, mənim səhvim idi". Dominos pizza

Qeyd edək ki, "Şerif" ölkə çempionatında 27 xalla 1-cidir. "Petrokub" 21 xalla 2-cidir. Komanda Avroliqanın qrupunda isə 3 xalla 3-cü pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!