Komandası məğlub olduğu üçün yola salınır

saytların hazırlanması

Evə çatdırılma

Komandası məğlub olduğu üçün yola salınır

İdman

30 Aprel 2024 12:45 531


"Panatinaikos" baş məşqçisi Fatih Terimlə yolları ayırmağa qərar verib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Yunanıstan "Sport24" nəşri məlumat yayıb. Bildirilib ki, türkiyəli mütəxəssislə əvvəlcə əməkdaşlığa davam edilməsi düşünülürdü. Ancaq  Superliqada "Aris"ə məğlubiyyət və ondan sonra baş verən hadisələr Yunanıstan təmsilçsinin prezidenti Qiannis Alafouzosun qərarını dəyişməsinə səbəb olub.

Xəbərdə F.Terimin paltardəyişmə otağında hər kəsin inamını itirdiyi vurğulanıb. Dominos pizza

Klubda bəzi şəxslərin mayın 15-də keçiriləcək PAOK matçından əvvəl Fatih Terimin istefaya göndərilməsini xahiş etdiyi, lakin bunun sözügedən vaxta kimi reallaşmasının mümkün görünmədiyi iddia olunub.

Qeyd edək ki, F.Terim ötən ilin dekabrında "Panatinaikos"un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda hazırda ölkə çempionatında 56 xalla 4-cü pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!