Komandasının xilaskarı Çempionlar Liqasında həftənin ən yaxşısı oldu

saytların hazırlanması

Evə çatdırılma

Komandasının xilaskarı Çempionlar Liqasında həftənin ən yaxşısı oldu

İdman

21 Fevral 2020 17:25 858


Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusunun adı açıqlanıb. "Yeni Sabah" UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Borussiya"nın (Dortmund, Almaniya) hücumçusu Erlinq Holand layiq görülüb. 19 yaşlı norveçli futbolçu azarkeşlər arasında keçirilən səsvermədə Renan Lodi ("Atletiko"), Hans Hatebur ("Atalanta") və Huqo Llorisi ("Tottenhem") qabaqlayaraq qalib olub. Qeyd edək ki, Norveç millisinin üzvü PSJ (Fransa) ilə matçda (2:1) dubl edərək komandasının xilaskarı olub. https://cdn.yenisabah.az/files/02_91582291592.jpg
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!