Komissiya sədri: Azərbaycana qarşı hibrid təhdidlər başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Komissiya sədri: Azərbaycana qarşı hibrid təhdidlər başlayıb

Siyasət

24 Aprel 2025 10:56 264


“Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib, milli maraqlara uyğun müstəqil xarici siyasət həyata keçirməkdədir. Bu isə Qərbdə, xüsusən də Avropa İttifaqı və onun üzv dövlətlərindəki bəzi dairələrin maraqları ilə üst-üstə düşmürdü”.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.

O bildirib ki, nəticədə həmin dairələr Avropa İttifaqının və onun müxtəlif dövlət institutlarının arxasında gizlənərək, erməni lobbisinin sifarişləri ilə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı təhdidlər, o cümlədən hibrid təhdidlər yaratmağa başlayıblar. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!