Komitə rayonlarda vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

Komitə rayonlarda vətəndaşları qəbul edəcək

Sosial

04 İyul 2019 08:58 1013


Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi 13 iyul tarixində vətəndaş qəbulu keçirəcək.

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən “Yeni Sabah”a daxil olan məlumata görə, komitənin sədri Kərəm Həsənov 13 iyul 2019-cu il tarixində Göyçay rayonunun sakinlərini fərdi qaydada qəbul edəcək. Komitə sədri tərəfindən qəbul saat 10:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  keçiriləcək. Həmin gün Komitənin sədr müavini Rüstəm Şahbazov Ucar rayonunda vətəndaşlarla görüşəcək.

Komitə sədrinin müavini Rafiq Cəlilov tərəfindən 13 iyul tarixində Zərdab rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu 27 iyul tarixinə keçirilmişdir. Komitənin sədr müavinləri tərəfindən keçiriləcək qəbullar saat 10:00-da Ucar və Zərdab  rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində keçiriləcək.

Qəbul zamanı daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!