Komitə sədri aktyor Çingiz Əhmədovla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri aktyor Çingiz Əhmədovla görüşdü

Mədəniyyət

07 Fevral 2021 14:00 1136


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmıs aktyor, əməkdar artist Çingiz Əhmədov və onun həyat və sənət yoldaşı Mehriban Əhmədovanı Mədəniyyət Komitəsində qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşdə aktyorun sənəti, yaradıcılıq planları barədə söhbət edilib.

Əhmədovlar ailəsinin övladı İbrahim Çingizin də sənət yolu seçdiyini, Rus Dram Teatrının sevilən gənc aktyoru olduğunu vurğulayan Qənirə Paşayeva sənətçi ailəsinə yeni uğurlar diləyib. Dominos pizza

“Umidvaram ki, pandemiya məhdudiyyətləri də atadan qalxacaq və teatrlar öz sadiq tamaşaçılarına qovuşacaq”, - millət vəkili bildirib.

Ç.Əhmədov və M.Əhmədova səmimi qəbul üçün Q.Paşayevaya təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!