Komitə Səfər Mehdiyevlə bağlı qalmaqallı xəbərə aydınlıq gətirdi -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Komitə Səfər Mehdiyevlə bağlı qalmaqallı xəbərə aydınlıq gətirdi - Açıqlama

İqtisadiyyat

31 Avqust 2019 16:13 5403


Dövlət Gömrük Komitəsinin mətbuat xidməti qurumun sədri Səfər Mehdiyevin Masallıda vətəndaşların qəbulu zamanı görüşü yarımçıq qoyması haqda yayılan xəbər haqda açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, açıqlamaya görə DGK, onun rəhbərliyi və əməkdaşları haqqında hər hansı fakta əsaslanmadan mütəmadi olaraq qaralama kampaniyası aparan, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürməyə çalışan bəzi dırnaqarası media qurumları bu dəfə də Komitə sədrinin avqustun 30-da Masallıda vətəndaşların qəbulu prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayımlayıblar.

İddiaya görə izdihamın müşahidə olunduğu qəbul prosesi sona qədər aparılmayıb və bu barədə vətəndaşlara açıqlama verilməyib. pizza sifarişi

Komitə qeyd edib ki, avqustun 30-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Masallı şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Ümumilikdə 17 nəfər Komitə sədri ilə görüşüb və gömrük məsələləri ilə bağlı bütün müraciətlər dinlənilərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

“Qeyd edək ki, Dövlət Gömrük Komitəsi rəhbərliyinin şəhər və rayonlarda vətəndaşları qəbulu barədə Komitənin rəsmi internet səhifəsində, kütləvi informasiya vasitələrində dəfələrlə verilən açıqlamalarda yalnız gömrük məsələləri ilə bağlı müraciətlərin dinləniləcəyi bildirilib, gömrük orqanlarında xidmətə qəbul və xidmətə bərpa məsələləri ilə bağlı birbaşa Komitənin aparatına müraciət etmək tövsiyə olunub.

Buna baxmayaraq bəzən vətəndaşlar gömrük orqanlarının səlahiyyəti xaricində olan, hətta məişət məsələləri ilə bağlı Komitə rəhbərliyinə müraciət edirlər.

Gömrük orqanlarında xidmətə qəbul üçün Komitə rəhbərliyi ilə görüşmək istəyən vətəndaşlara aidiyyəti struktur bölmələrin nümyəndələri tərəfindən müvafiq açıqlamalar verilərək bildirilib ki, xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Test üsulu ilə yazılı imtahan və müsahibədən ibarət müsabiqədə iştirak etmək istəyənlərə Komitənin İnsan Resursları İdarəsinə müraciət etmək tövsiyə olunub.

Qəbul zamanı izdihamın yaşanması, prosesin başa çatdırılmaması, sahibkarların müraciətlərinə baxılmaması ilə bağlı iddialar isə gömrük sistemində həyata keçirilən islahatlardan və həmin yeniliklərin dövlətə, ölkə vətəndaşlarına verdiyi faydalardan narahat olan dairələrin və şəxslərin anormal təfəkkürünün məhsuludur”.

Qeyd edək ki, yayılan xəbərlərdə Səfər Mehdiyevin Masallıda sahibkarlarla görüşünün skandala səbəb olduğu bildirilir. Xəbərdə qeyd edilir ki, rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda izdiham müşahidə edilib. S.Mehdiyev xeyli sayda sahibkarın növbəyə dayanaraq onunla görüşmək istəməsinə görə qəbulu yarımçıq qoyub. “Masallıda cəmi 4 iş adamı onun qəbuluna düşə bilib və komitə sədri arxa qapıdan aradan çıxıb” deyə xəbərdə qeyd olunur.

O da bildirilir ki, onlarla şikayətçi DGK sədri ilə görüş tələb etsə də, qəbulun yarımçıq dayandırılmasının səbəbi məsul şəxslər tərəfindən heç bir əsasla izah verilməyib: “Sahibkarların ədə etdiyi məlumatda deyilir ki, S.Mehdiyev onun üçün Masallıda təşkil olunan ziyafətdən də narazı qalıb. Bu tədbirin təşkilatçılığının Bakı şəhər Baş Gömrük İdarəsində çalışan, Masallıda iş adamı Xudayar bəyin oğluna həvalə edildiyi bildirilir. Lakin onun açdığı süfrədən narazılıq etmiş gömrük rəisi möhkəm qəzəblənib və rayonu tərk edib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!