Komitədən əşyaları ilə birgə qurğudan keçən şəxslə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Komitədən əşyaları ilə birgə qurğudan keçən şəxslə bağlı açıqlama

Siyasət

09 Aprel 2019 16:54 1010


Ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.

Dövlət Gömrük Komitəsindən “Yeni Sabah”a verilən məlumata görə, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib: "Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyəti yoxdur".

  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!