“Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır“ - “Azəriqaz“ın rəhbəri

saytların hazırlanması

Evə çatdırılma

“Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır“ - “Azəriqaz“ın rəhbəri

Sosial

03 Aprel 2020 22:59 1095


"Caspian European Club"-un hər gün öz resurslarında və sosial şəbəkələrdə canlı yayım rejimində təşkil etdiyi ONLINE CEO FORUM-un növbəti qonağı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev olub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İsrehsalar Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Ruslan Əliyev bütün dünyanın COVID-19 koronavirus pandemiyası ilə mübarizə apardığı bu çətin dönəmdə də biznes-hökumət dialoqunu fəal dəstəklədiyi üçün Klub rəhbərliyinə təşəkkür edib. pizza sifarişi

Telman Əliyev də öz növbəsində "Azəriqaz" İB ilə "Caspian European Club" arasındakı işçi qrup çərçivəsində fəal əməkdaşlığa və bu əməkdaşlıq çərçivəsində göstərdiyi açıq şəxsi mövqeyinə görə Ruslan Əliyevə minnətdarlığını bildirib.

"Onlayn konfransa görə minnətdarlığımı bildirirəm. İndiki karantin rejimində bu cür əlaqələrin yaradılması işgüzar mühitin davamlı olmasında mühüm rol oynayır. Hazırda koronavirusla birgə mübarizə aparılan şəraitdə “Azəriqaz” İstehsalat Birliyi daim işləyən təşkilatlar sırasındadır. Birliyin 20% işçisi əmək haqları saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib. Çalışırıq ki, az işçi ilə çox iş görək. İnsanlar çölə çıxmamağa çağrılır. Biz isə iş başında olmalıyıq ki, onlar evlərində rahat otursunlar. Bir sözlə, kommunal məsələlər vaxtında həllini tapsın" - deyə Ruslan Əliyev söyləyib.

Aşağıdakı sosial şəbəkə ünvanlarında video bağlantıya dair materiallarla tanış ola bilərsiniz:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!