Kommunikasiya İdarəsi: Azərbaycanda bayraqların endirilməsinə dair xəbərlər feykdir

saytların hazırlanması

Evə çatdırılma

Kommunikasiya İdarəsi: Azərbaycanda bayraqların endirilməsinə dair xəbərlər feykdir

Dünya

07 Oktyabr 2025 15:24 255


Bəzi sosial media hesablarında "İsrailin Qəzzaya qarşı oktyabrın 7-də başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqların yarıya endirildiyi" ilə bağlı paylaşımlar dezinformasiya məhsuludur.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Azərbaycanı Fələstinə qarşı göstərməyə çalışan bu cür iddialar ictimaiyyəti yanıltmaq məqsədi daşıyır: pizza

"Bu cür məlumatlar Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkə Azərbaycanın nüfuzuna zərər vurmaq, Türk-İslam dünyasında həmrəylik anlayışını zəiflətmək və Fələstin xalqına qarşı davam edən soyqırımı kölgədə qoymaq məqsədi daşıyan şüurlu və sistemli bir təbliğat kampaniyasının tərkib hissəsidir. İctimaiyyəti yanlış istiqamətləndirməyi hədəfləyən bu cür əsassız məzmunlara etibar edilməməsi və rəsmi mənbələrdən verilən məlumatlara üstünlük verilməsi mühüm əhəmiyyət kəsb edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!