Konfrans Liqası: “Fiorentina” və “Vest Hem”in start heyətləri açıqlandı

Konfrans Liqası: “Fiorentina” və “Vest Hem”in start heyətləri açıqlandı

İdman Veb saytların hazırlanması

07 İyun 2023 21:45 672


Bu gün Konfrans Liqasının final oyununda üz-üzə gələcək İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klublarının start heyətləri açıqlanıb.

Yenisabah.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Fiorentina": 1. Pyetro Terraççano, 2. Dodo, 3. Kristiano Biragi, 4. Nikola Milenkoviç, 5. Cakomo Bonaventura, 7. Luka Yoviç, 16. Luka Ranyeri, 22. Nikolas Qonsales, 34. Sofyan Amrabat, 38. Rolando Mandraqora, 99. Kristian Kouame

Baş məşqçi: Vinçentso İtaliano

"Vest Hem": 13. Alfons Areola, 4. Kurt Zuma, 5. Vladimir Tsoufal, 9. Maykl Antonio, 11. Lukas Paketa, 20. Carrod Bouen, 22. Səid Benrahma, 27. Nayef Aquerd, 28. Tomaş Souçek, 33. Emerson, 41. Deklan Rays

Baş məşqçi: Devid Moyes

Qeyd edək ki, Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!