Konfrans Liqası: “Roma” və “Feyenord” finalda

saytların hazırlanması

Evə çatdırılma

Konfrans Liqası: “Roma” və “Feyenord” finalda

İdman

06 May 2022 01:30 278


UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. 

Yenisabah.az xəbər verir ki, bununla da finala vəsiqə qazanan komandalar bəlli olub.

Turnirin favoritlərindən “Roma” İtaliyada “Lester”i minimal hesabla məğlub edib.  pizza hut

Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, “Roma” iki oyunun nəticəsinə görə finala yüksəlib.

Digər cavab oyununda isə “Feyenoord” Fransada “Marsel”lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçəyə nail olaraq adını finala yazdırıb.

UEFA Konfrans Liqası, yarımfinal
Cavab oyunları
5 may

“Roma” (İtaliya) – “Lester” (İngiltərə) - 1:0
Qol: Temmi Abraham, 11
İlk oyun - 1:1.

“Marsel” (Fransa) – “Feyenoord” (Niderland) - 0:0
İlk oyun - 2:3

Qeyd edək ki, Konfrans Liqasında final görüşü mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!