Konfrans Liqasında “Neftçi” və “Qarabağ”ın rəqibləri dəqiqləşdi

saytların hazırlanması

Evə çatdırılma

Konfrans Liqasında “Neftçi” və “Qarabağ”ın rəqibləri dəqiqləşdi

İdman

13 Avqust 2021 00:48 4393


Avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klublarının növbəti rəqibləri bəlli olub.

Yenisabah.az xəbər verir ki, “Neftçi” və “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacağı komandalar III təsnifat mərhələsinin bugünkü cavab görüşlərindən sonra dəqiqləşib.

Çempionlar yolunda mübarizə aparacaq “Neftçi” “Makkabi” (Hayfa) ilə görüşəcək. İsrail çempionu Farer təmsilçisi HB-ni (Torshavn) mübarizədən kənarlaşdırıb. Ötən həftə evdə 7:2 hesablı qələbə qazanan hayfalılar səfərdə 0:1 hesabı ilə uduzsalar da, mərhələ keçiblər. Sezar pizza

“Qarabağ” isə Əsas yolda Şotlandiya “Aberdin”i ilə üz-üzə gələcək. Böyük britaniyalılar İslandiya təmsilçisi “Breydablik”i keçib. Səfərdəki ilk görüşdə 3:2 hesablı qələbə qazanan aberdinlilər bu dəfə də qalib gəliblər – 2:1.

Qeyd edək ki, pley-offun qarşılaşmaları avqustun 19-da və 26-da keçiriləcək. Hər iki Azərbaycan klubu ilk matçı evdə oynamalıdır. Bu üzdən görüşlərin vaxtı və ya yerində dəyişikliyin olması istisna deyil./Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!