“Konkret olaraq mən bir aylıq maaşımı...“ - Ziyafət Əsgərov deputatlara çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

“Konkret olaraq mən bir aylıq maaşımı...“ - Ziyafət Əsgərov deputatlara çağırış etdi

Siyasət

19 Mart 2020 19:48 2901


Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov özünün 1 aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə modern.az-a Ziyafət Əsgərov özü məlumat verib.

“Cənab Prezidentin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.  Nəzərə alsaq ki, koronavirusla mübarizə milli təhlükəsizlik, dövlətin təhlükəsizliyi, eyni zamanda, genafondumuzun təhlükəsizliyi məsələsidir, bu məsələnin vacibliyi daha böyük əhəmiyyət kəsb edir. Ona görə hesab edirəm ki, imkanı olan hər bir şəxs bu fonda öz maddi dəstəyini göstərməlidir. Konkret olaraq mən bir aylıq maaşımı bu fonda köçürürəm və deputat həmkarlarımı da buna çağırıram. Koronavirusla mübarizə ilə əlaqədar möhtərəm prezidentimizin bütün tapşırıq və tövsiyələri danışıqsız yerinə yetirilməlidir. Allah xalqımızı və dövlətimizi qorusun!”, - deyə Ziyafət Əsgərov bildirib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!