UFC çempionu Həbib Nurqamomedovun meneceri Əli Əbdül-Əziz irlandiyalı döyüşçü Konor Makqreqorla ola biləcək revanş döyüşü ilə bağlı fikirlərini açıqlayıb.
“Yeni Sabah” ESPN-ə istinadən xəbər verir ki, idmançının köməkçisi Konor haqqında xoş olmayan ifadələr işlədib. O, Makqreqorun din və ailə məsələlərində həddini aşdığını söyləyib:
“Əgər bu döyüş baş tutsa, yalnız küçədə ola bilər. Bu zaman o, möhtəşəm bir şey yaratmalıdır. Siz bilirsiniz, o kimdir? Konor ən böyük ulduzlardan biridir. Amma başdanxarablıqda. Gəlin, hər şeyə real yanaşaq. Bu oğlan bizim xoşumuza gəlmir. Hər dəfə onu görəndə problem yaranır. O, ailə, din barədə danışarkən sərhədi keçib. Həbibə münasibətdə isə belə etmək olmaz”. Dominos pizza
Xatırladaq ki, Həbib 18 apreldə Toni Ferqüsonla qarşılaşacaq. O bu qarşılaşmanın qalibi olduğu halda Makqreqor ilə döyüşə çıxa bilər.
Qeyd edək ki, Həbib və Konor arasında 2018-ci ildə döyüş keçirilib və rusiyalı döyüşçü qalib gəlib.
Telegram kanalımız