Konqoda qayıq qəzası nəticəsində onlarla insan öldü

saytların hazırlanması

Evə çatdırılma

Konqoda qayıq qəzası nəticəsində onlarla insan öldü

Dünya

29 Noyabr 2025 23:35 935


Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində, Mai-Ndombe gölündə qayığın qəzaya uğraması nəticəsində azı 20 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Africanews" informasiya portalı xəbər yayıb.

Məlumata əsasən, qayıq sərnişinləri paytaxt Kinşasaya apararkən çevrilib. Hadisənin səbəbi barədə məlumat verilmir. Bir neçə nəfər isə itkin düşmüş hesab olunur. Ərazidə xilasedicilər çalışırlar. pizza sifarişi

Qeyd olunur ki, bu cür hadisələr KDR-də kifayət qədər tez-tez baş verir. Əsas səbəblər isə qayıqların həddinən artıq yüklənməsi və xilasetmə jiletləri kimi təhlükəsizlik vasitələrinin olmamasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!