İştirak etdiyi üç Olimpiya oyununda Amerikaya medallar qazandıran milli üzgüçü Klete Kellerin də Konqres binasına təşkil edilən hücumda etirazçılar arasında olduğu müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, FBI apardığı istintaq prosesində Kelleri aksiya zamanı geyindiyi mavi olimpiya pencəyindən müəyyənləşdirib. Videoları yoxlayan mütəxəssislər daha sonra üzgüçü haqqında həbs qərarı çıxarıb. Ümumilikdə FBI indiyədək 170 nəfər haqqında dosye hazırlandığını bildirib.
Qeyd edək ki, aksiya zamanı 5 nəfər həyatını itirib. Dördpendirli pizza
Telegram kanalımız