Konstitusiya Məhkəməsi mirasın qəbulu məsələsi ilə bağlı qərar qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Konstitusiya Məhkəməsi mirasın qəbulu məsələsi ilə bağlı qərar qəbul etdi

Maraqlı

03 Noyabr 2022 20:02 947


Mülki Məcəlləyə görə, mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi müddəti 6 aydır və müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında baxdığı iş üzrə qəbul etdiyi qərarda qeyd olunub.

Qərarda həmçinin vurğulanıb ki, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə qanunvericilikdə nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Belə ki, Mülki Məcəlləyə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!