Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır

saytların hazırlanması

Evə çatdırılma

Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır

Siyasət

02 İyul 2025 09:52 434


Konstitusiya Məhkəməsinin 3 hakiminin səlahiyyət müddəti başa çatıb.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, hakimlər Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanova 15 illik səlahiyyət müddətini başa vurublar.

Xatırladaq ki, hər üç hakim 2010-cu ilin iyunun 22-də təyin edilib. Onlar Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunublar. Dördpendirli pizza

Sona Salmanova Konstitusiya Məhkəməsinin sədr müavinidir. O, ilk dəfə 1998-ci Məhkəməyə hakim təyin edilib. 2010-ci ildə yenidən təyin olunub.

Ceyhun Qaracayev 60 yaşındadır. Konstitusiya Məhkəməsindən əvvəl Milli Məclisin aparatında işləyib.

Rövşən İsmayılov isə əvvəllər Mərkəzi Seçki Komissiyasının üzvü olub.

Milli Məclisin növbəti plenar iclasında Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsi məsələsi müzakirə olunacaq.

Konstitusiya Məhkəməsi 9 hakimdən ibarət olmalıdır. Qanunvericiliyə görə, hakimlər 15 il müddətinə təyin edilirlər. Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təkrarən təyinat aparıla bilməz. Hakimin vəzifədə olmasının yaş həddi isə 75 yaşdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!