"Kontakt Home" mağazalar şəbəkəsi bu gündən etibarən "ƏN BÖYÜK BORC VƏTƏN BORCUDUR!" adlı kampaniyaya başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
Məlumatda deyilir ki, kampaniyada məqsəd döyüşə çağırılmış hərbçilərimizin kredit borclarını dondurmaqdır: pizza sifarişi
"Vətənin ərazi bütövlüyü uğrunda mübarizə aparıldığı müddətdə orada döyüşən hərbçilərimizə dəstək olmaq bizim də borcumuzdur! Odur ki, "Kontakt Home" olaraq səfərbərliklə bağlı hərbi xidmətə çağırılan bütün müştərilərimizin, eyni zamanda onların birinci dərəcəli ailə üzvlərinin kredit ödənişlərini səfərbərlik bitənədək dayandırmaq qərarına gəldik".
Şirkətdən o da bildirilib ki, ödənişlərin ertələnməsi ilə bağlı müraciət *6060 Çağrı Mərkəzinə hərbə yollanan müştərinin özü və ya ailə üzvü tərəfindən edilə bilər.
Telegram kanalımız