Könül Həmzəyeva ilə bağlı qərar verildi

saytların hazırlanması

Evə çatdırılma

Könül Həmzəyeva ilə bağlı qərar verildi

Sosial

13 Mart 2026 20:18 532


"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

"Yeni Sabah" "Unikal"a istinadla xəbər verir ki, müstəntiqin onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verdiyi vəsatəti Xəzər rayon prokuroru təmin etməyib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Könül Həmzəyeva Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində saxlanılıb. Toyuqlu pizza

O, külli miqdarda dələduzluqda ittiham olunur.

K.Həmzəyeva istintaqdan qaçıb gizləndiyi üçün axtarışa verilmişdi.

Qeyd edək ki, bir ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan Xətai Rayon Polis İdarəsinə şikayət ediblər. Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!