Əməkdar artist Könül Kərimova Rusiyada toylara ucuz getməsi məsələsinə münasibət bildirib.
Yenisabah.az xəbər verir ki, ifaçı ATV telekanalında yayımlanan "Günün sədası" proqramında qonaq olarkən Rusiya toylarından danışıb:
"Rusiyaya gedən müğənnilərin hərəsi bir qonorar tələb edir. Burada bütöv toy deyil. Çünki onlar bir ifaçını çağırıb, axıra qədər ona qulaq asmırlar. Yarım və 1 saat gedirik”. Marqarita pizza
Xanım sənətçi Rusiyadakı toylara da Azərbaycandakı qiymətə getdiklərini açıqlayıb:
“Burada neçəyə gedirdiksə, qiymət eynidir və hərdən artıq da olur. Çox yanlış fikir formalaşdırılıb. Hələ müğənni toyda qəşəng şabaş da yığır. Orada belə bir hörmət də var. Müğənniyə hörmət xatirinə pul da verirlər".
Telegram kanalımız