Könül Vəlibəylinin qızının durumu ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Könül Vəlibəylinin qızının durumu ağırdır

Sosial

25 Noyabr 2025 10:56 501


Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alan Ləman Hümbətovanın vəziyyəti ağırdır.

Bu barədə “Yeni Sabah”a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, L.Hümbətova “Yeni Klinika”nın Reanimasiya şöbəsinə təxliyə edilib. pizza sifarişi

Klinikadan verilən məlumata görə, pasiyentin vəziyyəti kritik olaraq qalır. O, hazırda süni tənəffüs aparatına qoşulub və reanimasiya şəraitində həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, noyabrın 21-də Yasamalda çoxmərtəbəli binada yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər həlak olub. Ölənlərdən biri Ləman Hümbətovanın anası, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir.  

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!