Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə könüllülük təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfərləri təşkil olunub.
Yenisabah.az xəbər verir ki, səfərin məqsədi Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və fəsadların nəticələrini görmək, işğaldan azad edilmiş torpaqlarda hazırki mövcud vəziyyətlə tanış olmaqdır.
Baş tutan səfərdə 30-dək nümayəndə heyəti Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək, Ağdam şəhərinin maddi-tarixi və mədəni irsi, mədəniyyət abidələri ilə tanış olublar. Pepperoni pizza
/APA
Telegram kanalımız









