Misirin Hurqada şəhərində ötən gün bir qadın turist köpək balığının hücumuna məruz qalaraq dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, Avstriyalı qadın Misirin Qırmızı dəniz sahilində kurort şəhəri və turizm mərkəzi olan Hurqadanın Sahl Hasheesh sahillərində çimərkən köpək balığının hücumuna məruz qalıb. Balıq qadının əllərini və ayaqlarını yeyib. Ağır vəziyyətdə olan turist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Telegram kanalımız