Ukrayna nümunəsi Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma xəttində dayanan, milli maraqların arxasınca getməyən və özünü Qərbin dağıdıcı geosiyasi ssenarilərinin alətinə çevirən ölkənin başına nələr gələ biləcəyini açıq şəkildə göstərir.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin deyib.
"Dünya əksər dövlətləri kollektiv Qərbin göstərişinə uymur və Rusiya ilə münasibətləri gücləndirir. Qlobal Cənub və Şərq xalqları başa düşürlər ki, suveren və güclü Rusiya ədalətli çoxqütblü dünya nizamının formalaşmasında ən mühüm amildir", - deyə səfir vurğulayıb. pizza hut
Telegram kanalımız