Koreyalı deputatlar maaşlarının 3 faizini Türkiyəyə göndərəcək

saytların hazırlanması

Evə çatdırılma

Koreyalı deputatlar maaşlarının 3 faizini Türkiyəyə göndərəcək

Maraqlı

14 Fevral 2023 14:56 696


Cənubi Koreya parlamentinin millət vəkilləri maaşlarının üç faizini Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə bağışlayacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb. 

Təbii fəlakət qurbanlarına dəstək tədbirlərini ehtiva edən qətnamə parlamentdəki 229 deputatdan 228-i tərəfindən təsdiqlənib. Bir deputat isə səsvermədə bitərəf qalıb. Qərar həmçinin Türkiyə və Suriyada axtarış-xilasetmə və yenidənqurma işlərinin dəstəklənməsini, zəlzələ bölgəsində koreyalı mühacir, tələbələr və turistlər üçün təhlükəsizlik tədbirlərinin görülməsini nəzərdə tutur.  Pepperoni pizza

Cənubi Koreya Prezidenti Yun Suk Yeol Türkiyəyə yardım üçün bütün mövcud resursları səfərbər etməyi tapşırıb./Modern.az  

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!