“Koroğlu” metrosunun yaxınlığında vətəndaşa hücum

saytların hazırlanması

Evə çatdırılma

“Koroğlu” metrosunun yaxınlığında vətəndaşa hücum

Sosial

02 Oktyabr 2019 14:38 950


Metronun “Koroğlu” stansiyasının yaxınlığında bir nəfərə zor tətbiq edib qol saatını almağa cəhd göstərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, oktyabrın 1-də saat 20 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında bir nəfərə zor tətbiq edib qol saatını almağa cəhd göstərən şəxs ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılov olması müəyyən edilib. T.İsmayılov araşdırma aparılması üçün Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə təhvil verilib. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!