“Koroğlu”da sərnişin düşürən maşınlarla bağlı plan –   BNA işlərə başladı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Koroğlu”da sərnişin düşürən maşınlarla bağlı plan – BNA işlərə başladı - Foto

Sosial

23 Dekabr 2019 13:07 1675


Bir müddət əvvəl metronun “Koroğlu” stansiyası yaxınlığında üzü şəhər istiqamətində böyük tıxac yaranmışdı. Buna səbəb metronun yaxınlığında yerləşən və avtomobillərin dayandığı əraziyə girişin dayandırılmasıdır. 

Belə ki, sözügedən metrostansiyanın yaxınlığındakı ərazi bir müddət əvvəl iki hissəyə bölünüb. Kiçik hissə marşrut avtobusları üçün ayrılıb. Avtobuslar oradan keçərək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə üz tuturlar. Digər böyük hissədə isə Bakının kənd və qəsəbələrindən gələn minik avtomobilləri dayanaraq sərnişinləri düşürür və hərəkətə davam edir. Elə həmin hissəyə girişin qadağan olunması nəticəsində minik maşınları sərnişinlərini düşürtmək üçün yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalırlar.

Bu günlərdə isə həmin ərazidə ağır texnikanın işlədiyi görünür. İşçilər asfalt örtüyü qazıyırlar. Maraqlıdır, həmin ərazidə hansı işlər görüləcək? Təmirdən sonra minik avtomobilləri həmin əraziyə buraxılacaqmı? Pepperoni pizza

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev ilə əlaqə saxladıq. Onun sözlərinə görə həmin ərazidə minik avtomobilləri üçün xüsusi dayanacaqlar yaradılır:

“Orada hər gün səhər saatlarında nəqliyyatın hərəkətində xaotik vəziyyət müşahidə olunur. Xüsusən də bu vəziyyət ictimai nəqliyyatın hərəkətinə ciddi çətinliklər yaradır. Buraya ətraf kənd və qəsəbələrdən şəhər mərkəzinə gələn nəqliyyat vasitələri daxil olur. Ona görə də dayanacaq mərkəzi var. Nəqliyyatın hərəkəti kanallaşdırılır. Şəxsi avtomobil vasitəsi və yaxud da minik avtomobillə gələn sərnişinlərin minib-düşməsi üçün orada yerlər müəyyənləşəcək. Eyni zamanda avtobusların da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə rahat daxil olması üçün kanallaşdırma aparılır. 

Koroğludakı vəziyyət hamıya məlumdur. Uzun zamandır ki, “Koroğlu” metro stansiyasının əks istiqamətində çox ciddi xaotik vəziyyət müşahidə olunur. BNA tərəfindən də orda mütəmadi olaraq tədbirlər həyata keçirilir ki, vəziyyət yaxşılaşsın. Bunu bir gündə reallaşdırmaq mümkün deyil. İlk növbədə orda Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi yaradıldı, indi isə metro ətrafındakı vəziyyət aradan qaldırılır. 

Orada sərnişin minib-düşürdənlər də təyin olunmuş yerdə bu prosesi həyata keçirməlidirlər. Kənarda edəcəklərsə, onlar birinci növbədə fikirləşməlidirlər ki, inzibati məsuliyyətə cəlb olunacaqlar, digər yandan onlar avtomobillərin hərəkətlərinə mane olacaqlar”.

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!