“Koroğlu”nun 6500 manat pulunu mənimsədi   – Cavab verəcək 

saytların hazırlanması

Evə çatdırılma

“Koroğlu”nun 6500 manat pulunu mənimsədi – Cavab verəcək 

Kriminal

11 Aprel 2020 13:02 929


“Koroğlu”MMC-nin 6500 manat pulunu mənimsəyən keçmiş satış menejeri barədə cinayət işi başlanıb. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilən Əmənov Fərhad Rəhman oğlunun cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və hakim İlqar Abbasovun icraatına verilib. 

İttiham aktına görə, Əmənov Fərhad Rəhman oğlu Səbail rayonu ərazisində yerləşən satış nöqtələri ilə işləyib. Həmin satış nöqtələri ilə birbaşa əlaqədə olan Əmənov Fərhad Rəhman oğlu müştərilərdən istədikləri sifarişləri qəbul edib «Koroğlu» MMC-nin mərkəzi ofisinə göndərib, ofis isə sifarişi qəbul edib, dərhal həmin qida məhsuallarını satış menejerinin sifariş etdiyi ünvana göndərib. Menejer isə 30 gün ərzində satışdan əldə olunan pul vəsaitini satış nöqtələrindən toplayaraq şirkətin xəzinəsinə ödəməli olub. Ancaq Fərhad Əmənov şirkətin 6500 manat pulunu mənimsəyərək onlara xeyli miqdarda ziyan vurub.  pizza hut

Zərərçəkən “Koroğlu" MMC ölkə ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının satışını həyata keçirən distributor şirkət kimi fəaliyyət göstərir. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!