Koronavirus 126 milyon insanı işsiz qoyub   – Ölkələr üzrə siyahı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus 126 milyon insanı işsiz qoyub – Ölkələr üzrə siyahı

Sosial

13 Aprel 2020 11:00 849


Koronavirusun ölkələrin iqtisadiyyatina mənfi təsir göstərdiyi şübhəsizdir. Əsas narahatlıq işsizlərin sayının artmasıyla bağlıdır.

Yenisabah.az xəbər verir ki, hazırda pandemiyanın cənginə aldığı dünyada 126 milyon işsiz var. Onlardan 121 milyonu qlobal iqtisadiyyatda rolu olan 50 ölkədədir. Virusa ən ağır şəkildə yoluxan ölkə isə 21 milyon işsizlə Nigeriyadır. Braziliyada isə rəsmi olaraq 12.3 milyon işsiz insan yaşayır. 

ABŞ və Çin kimi ölkələrdə isə işsizliyin artması ilə yanaşı qlobal ticarətin kiçilməsi də davam edəcək. ABŞ-da işsizlik sığortasına baş vuranların sayı bir həftədə 6 milyonu keçib. Çində isə işsiz sayı artıq 10 milyona çatır. Avropa Birliyinə üzv dövlətlərdə isə ümumilikdə 15.3 milyon işsiz mövcuddur. Türkiyə 4.3 milyon işsiz ilə dünyada 8-ci yerdə dayanır.  Dördpendirli pizza

Siayhıda yer alan ilk 20 ölkəni təqdim edirik:

Ölkə     İşsiz sayı 

Nigeriya - 20.milyon 928 min

Braziliya - 12.milyon 340 min 

Çin - 9.milyon 480 min

ABŞ - 7. milyon 140 min

İndoneziya    - 6.milyon 816 min

Cənubi Afrika - 6. milyon 700 min 

Angola    - 4.milyon 627 min 

Türkiyə - 4. milyon 362 min 

İspaniya - 3.milyon 548 min 

Rusiya - 3.milyon 430 min 

Fransa - 3.milyon 234 min 

Kolumbiya - 3.milyon 045 min

İtalya - 2.milyon 513 min 

Filippin - 2. milyon 390 min 

Almaniya - 2. milyon 335 min

Misir - 2. milyon 329 min 

Meksika - 1. milyon 942 min 

Yaponya - 1. milyon 660 min 

Kanada - 1. milyon 547 min 

Əlcəzair - 1. milyon 440 min 

Sayad Həsənli

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!