Türkiyədə koronavirus infeksiyasına ilk yoluxma halı mart ayında qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, son 24 saatda qardaş ölkədə 21 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 5344 nəfərə çatıb. Hazırad ölkədə 211 981 nəfər COVİD-19 infeksiyasının daşıyıcısıdır.
Türkiyə mətbuatının yazdığına görə, Trabzonun Şalpazarı qəsəbəsində ilk yoluxma faktı ötən həftə qeydə alınıb. Buna rəğmən, bir həftədə yoluxma sayı 18 nəfərə çatıb. pizza sifarişi
Qeyd edək ki, Şalpazarı Türkiyənin ən gözəl guşələrindən biri sayılır. Dörd ay sonra virusun bölgəyə yol tapması yerli əhali arasında təşvişə səbəb olub.
Telegram kanalımız