Koronavirus ağciyərlə yanaşı bu orqanı da zədələyir

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus ağciyərlə yanaşı bu orqanı da zədələyir

Sağlamlıq

31 Mart 2020 01:56 560


Mütəxəssislər koronavirusla xəstəxanaya daxil olan pasiyentlərin 20%-də ağciyərdən əlavə ürək əzələsinin zədələnməsini də aşkar edirlər.

Yenisabah.az xəbər verir ki, bu haqda məlumat JAMA Cardiology nəşrində dərc olunub.

Ürək əzələsi miokard iltihab və infarkt zamanı zədələnir. Bir çox infeksiyalar və o cümlədən koronavirus miokardı zədələyir. pizza hut

Miokardın zədələnməsi koronavirus zamanı ölüm riskini 4 dəfə artırır.

Alimlərin fikrinə görə, yeni koronavirus miokardı birbaşa zədələyir. Bunun səbəbi isə xüsusi fermet “angiotenzin”dir. Koronavirus orqanizmə daxil olmaq üçün bu fermentin reseptorlarına birləşir. Angiotenzin tənəffüs sisteminin hüceyrələri və həmçinin miokard hüceyrələrində də var. İnsan yaşlaşdıqca orqanizmdə bu fermentin miqdarı artır ki, bu da koronavirusa orqanizmə daha asan girməyə və sürətlə yayılmağa kömək edir. Məhz bu səbəbdən yaşlı insanlar koronavirusu daha ağır keçirir və koronavirusdan (cavanlarla müqayisədə) daha tez-tez ölürlər.  /Saglamolun.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!