Koronavirus bəzi xəstələrdə ağciyərlərdən əlavə beyinə də ciddi ziyan vurur.
Yenisabah.az "Sputnik Türkiyə"yə istinadən bildirir ki, ABŞ nevroloqları müşahidələri nəticəsində bu qənaətə gəliblər.
Həkimlər bəzi koronavirus xəstələrinin beynində ciddi patologiyalar aşkar edib. pizza
Məsələn, ABŞ-da 74 yaşlı koronavirus xəstəsi nitq qabiliyyətini itirib. Onun beyninin bəzi hissələrində anomal şişlik və hüceyrə ölümü aşkar edilib.
Pitsburq Universitetinin Tibb Fakültəsindən Dr. Şerri Çou bunun koronavirusla bağlı indiyə qədər əldə edilən bütün tibbi məlumatlardan daha əhəmiyyətli olduğunu bildirib:
"Ağciyərlər zədələndikdə, xəstəni respiratora bağlaya bilərik. Eyni seçim beyin üçün mövcud deyil", - deyən həkim təhlükənin nə qədər böyük olduğuna diqqət çəkib.
Telegram kanalımız