Cənubi Amerika ölkəsi olan Braziliyada koronavirus səbəbilə son sutka ərzində 1179 nəfər ölüb.
Yenisabah.az xəbər verir ki, bütün dünyada ölənlər və yoluxanların sayı azaldığı halda Braziliyada vəziyyət daha da gərginləşir. Braziliya Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə bugünədək 17 min 971 nəfər ölüb. İnfeksiya daşıyıcılarının sayı isə 17 min 408 nəfər artaraq 271 min 628-ə çatıb.
Telegram kanalımız