Braziliyada son sutka ərzində 42 min 725 nəfər virusa yoluxub.
Yenisabah.az xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, bugünədək ölkədə 1 milyon 188 min 631 nəfərin COVID-19 testi pozitiv çıxıb.
Bildirək ki, ölənlərin sayı da durmadan artır. Belə ki, 24 saatda 1185 nəfər virus səbəbilə həyatını itirib. Ümumilikdə ölənlərin sayı 53 min 830 nəfərə çatıb. Hazırda dünyada virusun ən çox yayıldığı ikinci ölkədir. Sezar pizza
Telegram kanalımız