Koronavirus ən tez bu ölkədə başa çatacaq

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus ən tez bu ölkədə başa çatacaq

Dünya

30 Oktyabr 2020 14:36 1330


İsveç koronavirus pandemiyasına son qoymaq üçün lazım olan 60-70%-lik immunitet “təbəqəsinə” çatan ilk ölkə ola bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə rusiyalı həkim-immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib. 

"Hər kəsin nümunə gətirdiyi İsveçi qeyd edərdim. Əla mənzərədir: virus sərbəst buraxılıb. Bu, epidemiyanın özü dayanan zaman immunitet “təbəqəsinə” tez çatmaq üçün yaxşı prinsipdir. Onlar yavaşlamamağa, tam sürətlə getməyə qərar verdilər. Sadəcə, özlərinə tam güvənirdilər. Ağır xəstələrin çoxunu xilas etmək üçün lazım olan kafi miqdarda süni nəfər aparatına, oksigen balonlarına, reanimasiya palatalarına, dərman vasitələrinə malik olduqlarından əmin idilər”, - həkim söyləyib. Pepperoni pizza

Modern.az-ın yazdığına görə həkim deyib ki, hazırda İsveçdə həqiqətən çox sayda koronavirusa yoluxma halı qeydə alınıb, ancaq ölüm sayı azdır.

“Düşünürəm ki, İsveç (immunitet təbəqəsinin - red.) 60-70% səviyyəsinə çatan ilk ölkə olacaq. Hamı xəstələnib sağalacaq, xəstələnməyən adam qalmayacaq. Bax, bu, pandemiyanın bitdiyinin göstəricisidir”, - V.Jemçuqov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!