Koronavirus futbolçular arasında sürətlə yayılır

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus futbolçular arasında sürətlə yayılır

İdman

14 May 2020 09:56 844


“Fənərbaxça” və “Qalatasaray”dan sonra Türkiyənin aparıcı klublarından olan “Ərzurumspor”da da koronavirus şoku yaşanır.

Yenisabah.az xəbər verir ki, klubun 11 üzvünün koronavirusa yoluxduğu məlum olub. Testin nəticəsi müsbət çıxanlardan dördü futbolçu, biri məşqçidir. Digər altı nəfər isə klubda müxtəlif vəzifələrdə çalışır. 

Klubun mətbuat xidmətinin yaydığı açıqlamada daha 12 nəfərin koronavirusa yoluxmasıyla bağlı şübhələrin olduğu bildirilib. Həmin şəxslərdən təkrar analizlər götürüləcək. pizza hut

Qeyd edək ki, adı azərbaycanlı azarkeşlərə yaxşı tanış olan "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də "Erzurumspor"da çıxış edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!