Koronavirus geri qayıdır - Yoluxmada kəskin artım

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus geri qayıdır - Yoluxmada kəskin artım

Sosial

28 May 2025 13:37 2812


Hindistanda COVID-19 yoluxmalar yenidən artmağa başlayıb. Ölkədə aktiv yoluxma sayı 1010-ə çatıb. Ən böyük artım 335 yeni yoluxma ilə Kerala ştatında qeydə alınıb. Maharaştrada 153, Dehlidə 99, Qucaratda isə 76 yeni yoluxma bildirilib. Pəncab ştatı isə bu gün ilk yoluxma halını açıqlayıb və təmaslıların müəyyən olunmasına başlayıb.

Bakupost.az "TRT Haber"ə istinadən xəbər verir ki, yoluxmaların artması, COVID-19-un iki yeni alt variantı — NB.1.8.1 və LF.7-nin aşkar edildiyi dövrlə üst-üstə düşür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu variantları yaxından izləyir. İlkin nəticələr bu variantların yoluxuculuğunun yüksək ola biləcəyini göstərsə də, indiyədək xəstəlik şiddətində ciddi artım müşahidə olunmayıb. pizza sifarişi

NB.1.8.1 variantının insan hüceyrələrinə bağlanma qabiliyyətinin daha güclü olduğu və buna görə də əvvəlki variantlarla müqayisədə daha sürətlə yayıla biləcəyi ehtimal olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!