İspaniyada koronavirusdan ölənlərin sayı artmaqda davam edir.
Yenisabah.az xəbər verir ki, son 24 saatda 523 nəfər virus səbəbilə həyatını itirib və beləliklə,ölənlərin sayı 18 min 579 nəfərə çatıb.
Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, ölü və xəstə sayının azaldılması üçün mübarizə aparılır. Lakin ölkədə son sutka ərzində 5 min 92 nəfər virusa yoluxub. Bununla da gündəlik ən çox yoluxma halı qeydə alınıb. Toyuqlu pizza
Hazırda COVİD-19 daşıyıcısı kimi 177 min 633 nəfər qeydə alınıb. Bildirək ki, müalicə alıb təxliyyə olunanların sayı da az deyil. Belə ki, hazırda 70 min 853 nəfər bu bəladan qurtulub. Sayad Həsənli
Telegram kanalımız