İspaniyada koronavirusdan ölənlərin sayı 24 saatda 430 nəfər artıb.
Yenisabah.az xəbər verir ki, bugünədək bu ölkədə COVİD-19 səbəbilə 21 min 282 ölüm hadisəsi qeydə alınıb.
Pandemiyanın yayılma faizinə görə Avropada ikinci, dünyada isə üçüncü ölkə olan İspaniyada yoluxanların sayı da günbəgün artır. Belə ki, təkcə son sutka ərzində 3 min 968 nəfər yoluxub. Ümumilikdə 204 min 178 nəfər epidemiya daşıyıcısı kimi qeydə alınıb. pizza
Qeyd edək ki, İspaniyada indiyədək ən çox ölüm hadisəsi aprelin 2-i baş verib. Həmin gün 950 nəfər həyatını itirib. Məhz bu səbəblə ölkənin baş naziri Pedro Sançes virusla mübarizə çərçivəsində tətbiq olunan qadağaların mayın 9-dək davam edəcəyini açıqlamışdı.
Sayad Həsənli
Telegram kanalımız