Koronavirus pandemiyası uzun müddət davam edəcək – ÜST-dən   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus pandemiyası uzun müddət davam edəcək – ÜST-dən XƏBƏRDARLIQ

Dünya

01 Avqust 2020 23:19 1017


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə koronavirus epidemiyası hələ uzun müddət davam edəcək.

Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsində keçirilən iclasda bildirilib. 

Komitənin iclasında ÜST nümayəndələri pandemiyanın beynəlxalq vəziyyətinin ağır olaraq qalması qənaətinə gəliblər. Dominos pizza

İclasda koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılmasına qərar verilib.

Komitə koronavirusla mübarizədə iştirak edənlərə - Ümumdünya Səhiyyə Təşkilatına və tərəfdaşlarına minnətdarlığını bildirib və xəstəliyə qlobal, regional və milli cavabların vacibliyini vurğulayıb.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 18 milyona yaxınlaşır. Onlardan 685 786 nəfəri ölüb, 11 264 274 nəfər isə virusdan xilas olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!