Koronavirus peyvəndi ilə bağlı böyük sifariş

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus peyvəndi ilə bağlı böyük sifariş

Dünya

14 İyun 2020 09:06 1331


AstraZeneca şirkəti koronavirus peyvəndi ilə bağlı bir sıra Avropa ölkələrindən sifarişlər alıb.

“Yeni Sabah” xəbər verir ki, artıq infeksiyaya qarşı peyvəndlərin alınması üçün Almaniya, Fransa, İtaliya və Hollandiya ilə ümumilikdə 400 milyon doza peyvənd müqaviləsi imzalanıb. Peyvənd Oksford Universitetində hazırlanıb və ilk dozalar ilin sonuna qədər təhvil veriləcək.

“Bu razılaşma yüz milyonlarla avropalının peyvənd əldə etməsini təmin edəcək” - AstraZenecanın icraçı direktoru Paskal Soriot deyib. pizza hut

Şirkət həmçinin Böyük Britaniya, ABŞ və Hindistanla 1,7 milyard doza peyvəndlə bağlı oxşar müqavilələr imzalayıb. Şirkət bildirib ki, peyvənd mənfəət olmadan istehsal olunur və sözügedən ölkələrin hökumətləri tərəfindən maliyyələşdirilir.

Ancaq peyvəndin effektiv olub olmayacağı hələ dəqiq deyil. AZD1222 adını almış peyvənd hazırda İngiltərədəki 10.000 könüllü üzərində test edilir.  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!