Koronavirus peyvəndi vurulan gənc Putinin qızı olmayıb

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus peyvəndi vurulan gənc Putinin qızı olmayıb

Dünya

18 Avqust 2020 12:32 639


“CNBC Arabia” telekanalı koronavirus peyvəndini sınaqdan keçirən gənc xanımın Rusiya Prezidenti Vladimir Putinin qızı olduğu barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, telekanal bu xəbəri özünün “Twitter” səhifəsində paylaşıb.

“Rusiya prezidentinin qızı Vladimir Putinin bütün dünyada ilk peyvənd olaraq elan etdiyi vaksini vurdurur”, - deyə koronavirus peyvəndinin tədqiqatları barədə videonun şərhində bildirilib. Dördpendirli pizza

Sherg.az xatırladır ki, videoda sözügedən qız – Natalya Vasiyarova sadəcə könüllüdür. O, RF Hərbi Tibb Akademiyasının kursantıdır.

“Ruptly”nin məlumatına görə, Natalya özünün Putinin qızı kimi təqdim olunmasından təəccübləndiyini bildirib və “CNBC” kanalına informasiyanı diqqətlə araşdırdıqdan sonra təqdim etməsi barədə tövsiyə verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!