Koronavirus səbəbilə ölənlərin sayı artdı, kubok oyunu təxirə salındı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus səbəbilə ölənlərin sayı artdı, kubok oyunu təxirə salındı

İdman

04 Mart 2020 10:50 684


Bu gün İtaliya kubokunun yarımfinalında "Yuventus"la "Milan" arasında keşçirilməli olan qarşılaşma təxirə salınıb. "Yeni Sabah" "Football Italia"ya istinadən xəbər verir ki, cavab qarşılaşmasının təxirə salınmasına səbəb ölkədə yayılan koronavirus epidemiyasıdır. Bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb. Hələlik oyunun keçirilmə tarixi bəlli deyil. Bu komandalar arasında Milanda keçirilən ilk görüş 1-1 hesablı bərabərliklə bitib. Qeyd edək ki, İtaliyada koronavirus səbəbindən ölənlərin sayı 79-a çatıb. Yoluxma halları 12 gün əvvəl İtaliyanın şimalında qeydə alınıb. Hazırda yoluxma halı ölkənin 20 bölgəsindən yalnız birində aşkar edilməyib. Bu səbəbdən A seriyasındakı bəzi oyunlar təxirə salınıb, bəziləri isə azarkeşsiz keçirilib
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!