Koronavirus testindən keçməyə tələsməyin: Yanlış nəticə bu hallarda ortaya çıxır

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus testindən keçməyə tələsməyin: Yanlış nəticə bu hallarda ortaya çıxır

Dünya

11 İyun 2020 22:42 1112


Yeni tip koronavirusa yoluxan şəxslərə erkən mərhələdə test tətbiq edilməsi yanlış nəticə verə bilər.

Yenisabah.az xəbər verir ki, Con Hopkins Universiteti virusun genetik bilgisini aşkarlayan RT-PCR testləri ilə bağlı araşdırma aparıb.

Xəstəxanaya yerləşdirilənlər daxil olmaqla, yoluxanlardan pambıqlı çubuqla götürülən 1330 tənəffüs yolu nümunəsi üzərində aparılan araşdırma nəticəsində bəlli olub ki, erkən tətbiq edilən testlər neqativ nəticə verə bilir. Bu testlərin ən yaxşı performansı simptomların üzə çıxmasının 3-cü günündə tətbiq edilənlərdədir. Marqarita pizza

Mütəxəssislər bu testlərin yoluxmadan 8, simptomların büruzə verməsindən 3 gün sonra tətbiq edilməsini daha məqbul hesab edir. Onların sözlərinə görə, hətta bu durumda belə səhv nəticə çıxması ehtimalı 20%-dir.

Araşdırma məqaləsi "Annals of Internal Medicine" dərgisində yayımlanıb.    /Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!