Koronavirus  Uhandakı laboratoriyadan yayılıb – Sensasion faktlar

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus  Uhandakı laboratoriyadan yayılıb – Sensasion faktlar

Dünya

16 Aprel 2020 13:14 1283


Koronavirus infeksiyası Çinin Uhan vilayətində fəaliyyət göstərən virusoloji laboratoriyadan yayılıb. 

Yenisabah.az xəbər verir ki, bu senasasion məlumatı “Fox News” telekanalı yayıb. Telekanal iddia edir ki, laborotiyada virusların aşkarlanmasında və onlara qarşı mübarizədə Çinin heç də ABŞ-dan geri qalmadığını, hətta üstün olduğunu nümayış etdirmək üçün hazırlanıb. Bu baxımdan virusun bioloji silah kimi hazırlandığını düşünmək olmaz. 

Məlumata görə, Uhandakı həmin virusologiya laboratoriyasının xanım təcrübəçilərindən biri texniki təhlükəsizlik tədbirlərini pozmaqla virusa yoluxub. Virus ona yarasadan keçib. Daha sonra o gənc sevgilisini yoluxdurub. Bu şəxs isə virusu yerli bazarlardan birinə daşıyıb və buradan kütləvi yoluxma başlayıb. Dördpendirli pizza

İddialara görə, Çin hökuməti panemiyanın ilkin mərhələsində bütün bunlardan məlumatlı imiş.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçiridiyi brfinqdə “Fox News”un iddialarını şərh etmək istəməyib. “Onu deyə bilərəm ki,biz bu hekayəni daha çox eşidirk. Biz faciəvi vəziyyəti diqqətlə öyrənirik”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti Çinin rəhbəri Si Tsizinpinlə məlum laboratoriya barədə Dövlət Departamentinin narahatlığını müzakirə edib-etmədyinə də aydınlıq gəgitməyib. “Laboratoriya barədə onunla danışdıqlarımı müzakirə etmək istəmirəm. Sadəcə müzakirə etmək istəmirəm. Bu yersizdir”, - deyə o vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!