Koronavirus xəstəsi dərman satanda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstəsi dərman satanda tutuldu

Hadisə

09 Dekabr 2020 13:31 1089


Füzulidə koronavirusa yoluxan şəxsin insanlara təhlükə yaratdığı müəyyən olunub.

Füzuli rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, rayon sakini 40 yaşlı Əliyev Barat Əlyar oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk edib. O, rayonun Bala Bəhmənli kəndi ərazisində icarə əsasında işlətdiyi aptekə gedib ayrı-ayrı şəxslərə dərman satışını həyata keçirib. Bununla da epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib. Dördpendirli pizza

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!