Koronavirus xəstəsi mağazada saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstəsi mağazada saxlanıldı

Kriminal

26 Aprel 2021 14:00 774


Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi mağazada aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb olunan rayon sakini Eldəniz Yusifova sosial izolyasiya qaydalarına riayət etməsi barədə xəbərdarlıq edilib. Buna baxmayaraq o, qaydaları pozaraq mağazaya gedib, digərlərinin də həyat və sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən həmin şəxs yaşadığı ünvana geri qaytarılıb.

E.Yusifov barəsində cinayət işi başlanılıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!