Koronavirus xəstəsi mobil telefon mağazasında tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Koronavirus xəstəsi mobil telefon mağazasında tapıldı

Hadisə

10 Dekabr 2021 20:55 691


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini Z.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Həmin şəxs karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində mobil telefon mağazalarından birində aşkalanıb. Toyuqlu pizza

Z.Məmmədov tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!